AFFA-nın yığmaya cəlb etmək istədiyi müdafiəçi bu ölkədə özünə yeni komanda tapdı - FOTO

15:22 - 6 Aprel 2025

Əslən Azərbaycandan olan Raul Hacıyev Gürcüstanda komandasını dəyişib.

Sportal.az saytına bu barədə müdafiəçi özü məlumat verib. O, 3-cü liqada mübarizə aparan “Squri” ilə anlaşıb.

Raul yaya qədər həmin komandada çıxış edəcək. AFFA onu milliyə cəlb edilməsi üçün sənəd məsələlərini həll etməyə çalışır.

Hacıyev "Rustavi"nin yetirməsidir. O, buna qədər "Spaeri"də çıxış edirdi.


 

Xəbər xətti