"Qarabağ"ın sabiq legioneri karyerasını bərpa etdi - FOTO

13:48 - 6 Aprel 2025

“Qarabağ”ın formasını geyinmiş Jakub Jezniçak futbolçu karyerasını bərpa edib.

Sportal.az xəbər verir ki, polyak müdafiəçi ölkəsində çıxış edəcək.

O, aşağı liqa təmsilçisi olan “Stal Krasnik” klubu ilə müqavilə imzalayıb. Dördüncü liqada çıxış edən komanda “Qarabağ”ın sabiq futbolçusu ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Həmin klub 4-cü liqada liderdir. Jezniçak bir müddət əvvəl futbolçu karyerasını başa vurmuş və özünü MMA-da sınamaq qərarına gəlmişdi.

Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Bundan savayı isə o, “Vidzev”(Lodz), “Legiya”, “Visla”(Plok), “Kotviça” komandalarında oynayıb.



Mirbağırağa

Xəbər xətti