İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün lider "Liverpul" səfərdə "Fulhem"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
31 turdan sonra 73 xal toplayan "Liverpul" liderliyini davam etdirir. 48 xalı olan "Fulhem" isə 8-ci yerdədir.
"Fulhem" - "Liverpul" 3:2
Qollar: Rayan Sessenyon, 23, Aleks İvobi, 32, Rodriqo Munis, 37 - Aleksis Mak Allister, 14, Luis Dias, 72