"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 30-cu turunun "Betis"lə oyunundan (1:1) sonra komandasının yorğunluğun öhdəsindən gəldiyini deyib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, alman mütəxəssis xal itkisinə baxmayaraq, komandası ilə fəxr etdiyini dilə gətirib:
"Düşünürəm ki, biz yorğunluğun öhdəsindən kifayət qədər yaxşı gəlirik. Komandada hər şey qaydasındadır, yaxşı formadayıq. Yaxşı bərpa olunuruq, məşq yükü çox da ağır deyil. Komandanın həm fiziki, həm də mənəvi cəhətdən hazır olması vacibdir. Futbolçular diqqət mərkəzində olmalıdırlar. Onlara dedim ki, ikinci hissədən razı qaldım, 100 faizimizi verdik. Bu xalı qazanmaq üçün çox çalışdıq. Heç də pis deyildi. Mən komandamla fəxr edirəm".
Qeyd edək ki, "Barselona" 30 turdan sonra 67 xalla liderdir.
saytlarin hazirlanmasi