"Bütün futbol dünyası PSJ-nin inkişafına heyran qalıb"

17:46 - 6 Aprel 2025

PSJ-nin prezidenti Nasser Al-Xelaifi komandasının Fransa çempionluğunu şərh edib.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, o, PSJ-nin uğurlu çıxışı haqda bunları deyib:

"Bütün oyunçuları, baş məşqçimiz Luis Enrikeni, idman məsləhətçisi Luis Kamposu və bütün klub işçilərini təbrik edirik. Onlar inanılmaz iş gördülər. Bu, həm Fransadakı, həm xaricdəki bütün azarkeşlərimiz, həm də Paris şəhəri üçün əla andır. Bütün futbol dünyası PSJ-nin yeni dövrdəki inkişafını seyr edir və heyran qalıb. Bizim fəlsəfəmizdə hər şeydən üstün komandadır. PSJ-nin əsas ulduzu komandadır və bu ulduz bütün digərlərindən daha parlaqdır. Şadam ki, uğurlar əldə edirik".

Qeyd edək ki, PSJ sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib. Paris təmsilçisi öz meydanında “Anje”yə qalib gəlməklə tarixində 13-cü dəfə Fransa çempionu titulunu qazanıb. Onlar ardıcıl 4-cü dəfə bu uğuru qazanıblar.

Xəbər xətti