"Sabah"ın legioneri 100-ə çatdı

09:57 - 7 Aprel 2025

Boyan Letiç Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Sabah”ın legioneri bu matçlara yalnız bir klubda çıxıb.

Paytaxt təmsilçisi ilə 100 görüşə çıxan 32 yaşlı serbiyalı müdafiəçinin yubileyi XXIX tura təsadüf edib. Boyan “Kəpəz”lə ev qarşılaşmasına start heyətində çıxıb.

Letiç bu matçlarda 4 qola imza atıb. Onun debütü 2021/22 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.

Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.

Xəbər xətti