"Bayer"də öyrəndiklərimdən "Qarabağ"da da istifadə etmişəm"

18:22 - 6 Aprel 2025

Rusiyanın "Dinamo" (Moskva) klubunun qapıçısı Andrey Lunyov "Qarabağ" dakı çıxışını xatırlayıb.

Sportal.az "Matç TV"yə istinadən xəbər verir ki, rus qapıçı Ağdam klubunda yaxşı performans göstərmək üçün nələrdən istifadə etdiyini bildirib: 

"Bayer"də öyrəndiklərimdən hansından "Dinamo"da istifadə edirəm? İstifadə etdiyim məqamlar çoxdur. Çünki "Bayer"də mənim gözümü açdıqları nüanslardan təkcə "Dinamo"da istifadə edilməməlidir. Mən "Bayer"də öyrəndiklərimdən "Qarabağ"da da istifadə etmişəm. Bu, fərqli-fərqli proseslərdir. Məsələn, zərbələr zamanı aktiv oyunda qalmaq, cinahlar zamanı pressinqlərdə iştirak etmək, birəbir mübarizələrdəki reaksiyalar...Daha da çox detallar var. Rəqib müdafiəsinin arxasına verilən ötürmələr də daxildir. Müdafiə xəttinə uyğun olaraq ayaqlarla oyunu da bura daxil etmək mümkündü. Yəni, "Bayer"də çox detallar var idi".

Qeyd edək ki, Andrey Lunyov 2023-2024-cü illərdə “Qarabağ”ın qapısını qoruyub.

Xəbər xətti