Premyer Liqanı tərk edəcək ilk komanda bəlli oldu

10:09 - 7 Aprel 2025

İngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşib.

Sportal.az xəbər verir ki, mövsümün bitməsinə 7 tur qalmış "Sauthempton"un elita ilə vidalaşacağı dəqiqləşib.

"Müqəddəslər" çempionatın 31-ci turunda səfərdə "Tottenmhem"ə 1:3 hesabı ilə məğlub olub. 20-ci pillədə qərarlaşan "qırmızı-ağlar"ın aktivində 10 xal var. Onlar 17-ci yerdəki "Vulverhempton"dan 22 xal geri qalır.

Qeyd edək ki, "Sauthempton" 2024/2025 mövsümündə Premyer Liqaya yüksəlmişdi. Komanda növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Xəbər xətti