"Beşiktaş" İsveç millisinin müdafiəçisini transfer etmək istəyir

10:34 - 7 Aprel 2025

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi icarə əsasında "Borussiya"da çıxış edən Daniel Svenssonu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Almaniya klubu isveçli sol cinah müdafiəçisinin transfer hüququna yiələnməyəcək. Svensson mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Norşelland"a qayıdacaq.

"Beşiktaş" yayda 23 yaşlı futbolçu üçün Danimarka klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu bu ilin fevral ayında icarəyə götürüb. İsveç millisinin üzvü Dortmund təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun "Norşelland"la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Xəbər xətti