"Nottingem Forest" 25 yaşlı yarımmüdafiəçi Morqan Gibbs-Vayt üçün yüksək qiymət müəyyən edib.
Sportal.az xəbər verir ki, "talkSPORT"un məlumatına görə, klub oyunçunu təxminən 100 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Bu məbləğ "Mançester Siti"nin 2021-ci ildə Cek Qriliş üçün ödədiyi rəqəmə bənzərdir.
Daha əvvəl bildirilmişdi ki, "şəhərlilər" Gibbs-Vaytın transferində maraqlıdır, çünki klub bu mövsümün sonunda komandadan ayrılacaq Kevin De Bruyne üçün potensial əvəzləyici axtarır.
Qeyd edək ki, Cari Premyer Liqa mövsümündə Gibbs-Vayt 27 oyunda 5 qol vurub və 7 asist edib.
saytlarin hazirlanmasi