Millimiz Moldovaya məğlub oldu

17:58 - 14 Aprel 2025

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Sportal.az U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin start heyəti: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə.

Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Xəbər xətti