Ronaldo, Messi, Bekhem, Neymar... - tarixin ən çox qazanan futbolçuları

22:28 - 22 Aprel 2025

"Sportico" portalı 2024-cü ilin sonuna olan məlumatlara əsasən, inflyasiyanı nəzərə almaqla idmançılar arasında ən yüksək gəlir əldə edən 50 nəfərlik siyahı tərtib edib.

Sportal.az xəbər verir ki, siyahıya 16 ölkədən 8 müxtəlif idman növünün nümayəndələri daxil edilib.

Birinci yeri 4,15 milyard dollarlıq gəlirlə basketbolçu Maykl Cordan tutub.

Tarixdə ən çox qazanan futbolçu isə Kriştiano Ronaldu olub. O, ümumi siyahıda 3-cü yeri tutub. Ronaldunun inflyasiyaya uyğunlaşdırılmış ümumi gəliri 2,23 milyard dollar kimi qiymətləndirilib.

Ümumilikdə siyahıya 4 futbolçu daxil olub:

(3-cü yer) Kriştiano Ronaldo– 2,23 milyard dollar

(5-ci yer) Lionel Messi – 1,85 milyard dollar

(8-ci yer) Deivid Bekhem – 1,61 milyard dollar

(14-cü yer) Neymar – 1,17 milyard dollar

Xəbər xətti