"Qalatasaray"ın "Milan"dan 1 illik icarərə götürdüyü Alvaro Morata İstanbul kljubundan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, ispan hücumçu az oynamasından narazıdır. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Viktor Osimhenin kölgəsində qalan Morata əsas heyətə düşə bilmir. 32 yaşlı forvard buna görə də mövsüm başa çatan kimi "Milan"a qayıtmağı planlaşdırır.
Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 10 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun icarə müqaviləsi 2025-ci ilin 20 yanvar tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi