Tudorlu "Yuventus" ilk məğlubiyyətini aldı - VİDEO

00:56 - 24 Aprel 2025

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Parma"nın qonağı olan "Yuventus" 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bu, "Yuventus" üçün yeni baş məşqçisi İqor Tudorun gəlişindən sonra ilk məğlubiyyətidir. Belə ki, daha öncəki 3 qarşılaşmada 2 qələbə 1 heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu matçdan sonra "Yuventus" 59 xalla 5-ci, "Parma" isə 31 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti