"Liverpul" ingiltərəli futbolçu üçün 80 milyon avro təklif edəcək

21:09 - 21 Aprel 2025

"Marsel"in futbolçusu Meyson Qrinvun İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Liverpul" Qrinvud üçün Fransa klubu ilə danışıqlara başlayacaq. Mersisayd təmsilçisi 23 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti