ASA-da baş tutan görüşdə AFFA-nı baş katib Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və assosiasiyanın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov təmsil ediblər.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ASA-nın nümayəndə heyətində isə tədris işləri üzrə prorektor Ülkər Babayeva, məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli yer alıblar.
Görüşdə tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür görüşlərin mütəmadi keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar.
saytlarin hazirlanmasi