80 milyon avroluq müdafiəçi "Fənərbaxça"ya keçə bilər

14:17 - 22 Aprel 2025

"Çelsi"nin müdafiəçisi Vesle Fofana Türkiyədə oynaya bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo Fofananın xidmətində maraqlıdır. "Fənərbaxça"nın idman direktoru Mario Branko 24 yaşlı mərkəz müdafiəçisinin agenti ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Çelsi" Vesle Fofananı 2022-ci ilin avqust ayında "Lester Siti"dən 80 milyon avroya transfer edib. Fransa millisinə də dəvət almış oyunçu bu mövsüm London təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti