"Borussiya"nın futbolçusu Yulian Brandt Almaniyada komandasını dəyişəcək.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Verder"lə danışıq aparacaq.
Bremen təmsilçisi Brandtla ilkin razılığa gəlib. Onun hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Almaniya millisinin üzvü 2019-cu ildə “Bayer”dən “Borussiya”ya keçib.
saytlarin hazirlanmasi