Region Liqasında 1/8 finalçılar müəyyənləşdi

19:35 - 21 Aprel 2025

AFFA Region Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bununla pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib. 8 qrupda ilk iki yeri tutan kollektivlər 1/8 finala yüksəliblər.

1/8 finala vəsiqə qazanan komandalar bunlardır: “Record Club”, “Şirvanovka”, “Çinar Zəngilan”, “Dirçəliş”, “Xudat City”, “Topçular”, “Marafon”, “Şirvan” OİK, “Xankəndi”, “Şirvan”, “Zəfər 44”, “Biləsuvar”, “Ağstafa Gəncləri”, “Bərdə”, “Göyəzən”, “Naftalan”.

Pley-offun püşkatma mərasimi aprelin 22-də, saat 15:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.

Xəbər xətti