"Qalatasaray"da yeni müqavilə

00:22 - 22 Aprel 2025

"Qalatasaray" uruqvaylı futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasına bildiriş göndərən İstanbul klubu ilə futbolçunun yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 3 mövsümdür "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyunda 4 qol 11 asistlə yadda qalıb.

Xəbər xətti