Əlcəzair mətbuatı “Qarabağ”ın yarımmüdafiəçi Yassin Benziyanın klubla əməkdaşlığın müddətinin mümkün artırılmasından yazıb.
Sportal.az xəbər verir ki, “Fennec Football” təcrübəli futbolçunun “Qarabağ”la yekun razılığa gəlmək perspektivini real görür:
"Müqavilənin mümkün artırılması avrokubok oyunları öncəsi heyətini saxlamaq istəyən Azərbaycan klubunun güclü siqnalı kimi qiymətləndirilir. Benziyaya gəlincə, onun əvvəlki Avropa təcrübəsində nail olmaqda çətinlik çəkdiyi səviyyə və sabitliyi tapdığı bir mühitdə davamlılıq istəyini nümayiş etdirəcək. Vəziyyət son anda dəyişməsə, yaxın günlərdə yeni müqavilə ilə bağlı rəsmi razılıq əldə oluna bilər. Bu, DÇ-2026-nın seçmə mərhələsi öncəsi millinin baş məşqçisi Vladimir Petkoviçin də planlarına daxil olan əlcəzairli futbolçu üçün əla xəbər olardı".
Benzia bu sezon bütün turnirlərdə 10 qol və 10 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi