Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulacaq.
Kişilərin mübarizəsində Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), və Murad Fətiyev (90 kq) tatamiyə çıxacaq.
Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.
Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.
saytlarin hazirlanmasi