"Mançester Yunayted" və "Atalanta" hücumçularını dəyişə bilər

15:32 - 25 Aprel 2025

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" nigeriyalı hücumçunu transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Lukman üçün İtaliya klubuna Rasmus Hoylunu təklif edəcək.

Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Rasmus Hoylun isə "Mançester Yunayted" forması ilə cari mövsümdə keçirdiyi 45 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.

Xəbər xətti