"Real"ın futbolçusu Ferlan Mendi hazırda davam edən "Barselona" ilə matçda zədələnib və matçı erkən tərk edib.
Sportal.az xəbər verir ki, İspaniya Kubokunun final matçında 9-cu dəqiqədə Madrid klubunun müdafiəçisi Ferlan Mendi katalonların futbolçusu Jül Kunde ilə toqquşmadan sonra tibbi yardım almağa məcbur olub. 11-ci dəqiqədə isə Mendi əvəz olunub və onun yerinə Fran Qarsiya meydana daxil olub.
Qeyd edək ki, ilk hissəsi davam edən matçda "Barselona" 28-ci dəqiqədə Pedrinin vurduğu qola 1:0 hesabı ilə öndədir.
saytlarin hazirlanmasi