"Azərbaycanda insanların 90 faizi "Neftçi"nin finala çıxmasını istəyirdi"

14:22 - 27 Aprel 2025

"Neftçi" mərhələni keçməli idi. Azərbaycanda insanların 90 faizi bu komandanın finala çıxmasını istəyirdi. Mütləq finalda "Qarabağ"la derbi olmalı idi. Məncə, "Neftçi"nin oyunu da pis alınmadı. Birinci qolu vursaydılar, finala adlayacaqdılar. Amma epizodları reallaşdırmağı bacarmadılar. Filip Ozobiç üç qol epizodundan birini vursaydı, oyun tamam başqa cür alınacaqdı. Lakin təəssüf ki, olmadı.Bu cür oyunlarda maksimum 2-3 epizod yaradıırsan. Amma "Neftçi" 5-6 100 faiz qol imkanından istifadə edə bilmədi. "Neftçi"də ehtiyat skamyası da yoxdur. "Qarabağ"ın ehtiyat skamyasına baxın. Meydana sonradan daxil olanlar əvəzlədikləri oyunçuların effektini verir. "Qarabağ" "Araz-Naxçıvan"ı da bu amilə görə uddu. "Neftçi"nin fiziki göstəriciləri və ehtiyat skamyası yaxşı deyil. İstəyərdim ki, "Neftçi" 15-17 bir-birini əvəz edəcə oyunçu olsun".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq hücumçusu Paşa Əliyev deyib.

"Ağ-qaralar"ın keçmiş forvardı komandanın Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sabah"ı keçə bilməməsinə münasibət bildirib. Əliyevin fikrincə, "Neftçi" Samir Abasova etimad göstərməli, ona yeni sezon üçün də şans verməlidir:

"Yeni baş məşqçi gəlirsə, ona zaman vermək lazımdır. Biz öz məşqçilərimizin, futbolçularımızın qədrini bilməliyik. Samir Abasova da heç nə demək olmur. "Qarabağ" nəyin hesabına "Qarabağ" oldu? Rəhbərlik Qurban Qurbanova etimad göstərdi, o da bunu doğrultdu. "Zirə" nəyin hesabına güclü oldu? Rəşad Sadıqova şans verildi, o da etimadı doğrultdu. Elmar Baxşıyev də həmçinin. Hamısı yaxşı oynayan komandaların baş məşqçiləridir. Hamısına şans verilsə, yaxşı olacaq. Ayxan Abbasova baxın, o cür büdcə ilə necə komanda yaradıb. Demək ki, şans vermək, inanmaq lazımdır. Belə olacağı təqdirdə, hər şey də yaxşı alınacaq".
 

Xəbər xətti