“Çelsi” Qreqor Kobeli heyətinə qatmaq istəyir.
Sportal.az “bild”ə istinadən xəbər verir ki, “Borussiya”nın (Dortmund) qapıçısı Qreqor Kobel “zadəganlar”ın əsas transfer hədəfidir.Almaniya təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasa, transfer ehtimalı artacaq.
“Borussiya” isveçrəliyə 60 milyon avro qiymət qoyub.
Bu mövsüm Kobel bütün turnirlərdə 44 oyun keçirib və 65 qol buraxıb.
27 yaşlı qapıçının “Borussiya” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Hoffenhaym”, “Auqsburq”, “Şuttqart” klublarında çıxış edib.
saytlarin hazirlanmasi