"Zirə" "Karvan-Yevlax"ı, "Neftçi" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

18:55 - 1 Noyabr 2025

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

"Karvan-Yevlax" Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" isə "Palms Sports Arena"da "Kəpəz"lə üz-üzə gəlib. Burada isə meydan sahibləri qələbəyə sevinib.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (şənbə)

“Karvan-Yevlax” – “Zirə” 2:3
Qollar: 
İmani Barker, 29, Kayl Spens, 62 - Brahim Konate, 57, Leroy Mikels, 74, Ayron Qomis, 87
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 14:00

“Neftçi” – “Kəpəz” 5:1
Qollar:
Emin Mahmudov, 19 (pen), Vensan Abubakar, 23, Bassalu Sambu, 74, 86, Freddi Varqas, 90+1 - Sadiq Şəfiyev, 77
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”, 17:00

Xəbər xətti