DÇ-2026: Türkiyə millisinin pley-off mərhələsindəki rəqibi bu gün bəlli olacaq

10:34 - 20 Noyabr 2025

Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, tədbirə Bakı vaxtilə saat 16:00-da start veriləcək.

Püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.

4 lisenziya uğrunda 16 yığma arasında gərgin mübarizələr baş tutacaq.

Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 kollektiv və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.

Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.

DÇ-2026. Pley-off mərhələsi

Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Qeyd edək ki, birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.

Xəbər xətti