"Zirə"nin kapitanı Qismət Alıyev Sportal.az saytına açıqlama verib.
Qəsəbə təmsilçisinin aparıcı üzvü komandasının Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ"yə qarşı keçirəcəyi görüşdən gözləntilərini bölüşüb:
"Millidən ayrıldıqdan sonra artıq "Zirə"nin məşqlərinə qoşulmuşam. Biz məşqlərdə böyük istəklə "Qəbələ" ilə oyuna hazırlaşırıq. Biz "Qəbələ"nin matçlarına baxmışıq, həqiqətən də onların demək olar ki, hər oyunda qələbə qazanmaq şansları var idi. Üstəlik, "Qəbələ"nin heyətində yaxşı futbolçular oynayır.
Onlara qarşı birinci dövrədəki görüşü xatırlayıram. Həmin görüşdə hesabı açan tərəf "Qəbələ" idi. Sonradan çətinliklə də olsa, qələbə qazanmağı bacarmışdıq. Bu matçın da çətin keçəcəyi dəqiqdir. Amma biz bu görüşdə də qələbə qazanmağa çalışacağıq. Ümidvaram ki, hər şey bizdə yaxşı alınacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
