Rəşad Sadıqovdan Qurban Qurbanovla bağlı maraqlı paylaşım - FOTO

12:47 - 20 Noyabr 2025

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov maraqlı paylaşımla diqqət çəkib.

Sportal.az xəbər verir ki, millimizin sabiq kapitanı vatsap tətbiqinin hekayə bölümündə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla eyni kadrda-formada yer aldığı görüntüləri paylaşıb.

Həmin foto isə 2006-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda Qurban Qurbanovun vida oyununda çəkilib.

Şəkildə Qurban Qurbanovun qucağındakı uşaq hazırda onun rəhbərliyi altında "Qarabağ"da çıxış edən Musa Qurbanlı, qara gödəkçədə olan şəxs isə məşqçinin böyük qardaşı Musa Qurbanovdur.

Qeyd edək ki, hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanov futbolçu kimi son olaraq "İnter"də (Bakı) oynamışdı.

Xəbər xətti