"Atletiko"nun (Madrid) hücumçusu Antuan Qrizmann bildirib ki, "matrasçılar"ın bu mövsüm üçqat titul qazanmaq məqsədi var.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, fransalı Madrid klubunun La Liqa, Kral Kuboku və UEFA Çempionlar Liqasını qazanmaq istəyindən bəhs edib:
"Məqsədimiz La Liqa, Çempionlar Liqası və "Kral Kuboku"nu qazanmaqdır. Hələ görüləsi çox iş var və mən azarkeşləri və komanda yoldaşlarımı sevindirməyə davam etmək istəyirəm".
"Atletiko" hazırda La Liqa turnir cədvəlində lider "Real”dan 6 xal geridə qalaraq dördüncü pillədədir. Onlar yarışdakı dörd oyundan altı xalla ümumi Çempionlar Liqası turnir cədvəlində 17-ci yerdədirlər.
