"Zirə" legionerinə qovuşdu - müdafiəçi məşqləri bərpa etdi

13:22 - 20 Noyabr 2025

“Zirə”nin müdafiəçisi İssa Cibrilla iki aylıq zədə müddətdindən sonra məşqlərə qayıdıb.

Sportal.az xəbər verir ki, zədəsini sağaldan Niger millisinin üzvü Misli Premyer Liqasının 6-cı turunun “İmişli” ilə(1:1) görüşündə sıradan çıxmışdı.

Eyni dövrdə qəsəbə təmsilçisinin gürcü forvardı Davit Volkov da zədələnmişdi.

Lakin onun komandaya geri qayıtması hələ ki bəlli deyil.

Xəbər xətti