Dünya çempionu 2 il sonra futbola qayıtdı

20:24 - 24 Noyabr 2025

Dopinqə görə futboldan uzaqlaşdırılan Papu Qomes 2 illik fasilədən sonra yaşıl meydanlara qayıdıb.

Sportal.az xəbər verir ki, argentinalı vinger B Seriyası təmsilçisi "Padova"nın forması ilə meydana çıxıb.

Qomes çempionatın 13-cü turunun "Venetsiya" ilə matçında iştirak edib. 37 yaşlı oyunçu 58-ci dəqiqədə oyuna girib.

Qeyd edək ki, Papu Qomes 2022-ci ildə Argentina milli komandası ilə dünya çempionu olub.


Xəbər xətti