Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.
Sportal.az xəbər verir ki, birincilik dekabrın 5-7-si aralığında təşkil olunacaq.
Bakı İdman Sarayında baş tutacaq çempionatda ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.
Dekabrın 5-6-da fərdi, 7-də isə komandalararası yarışlar reallaşacaq.
saytlarin hazirlanmasi
