"Napoli" ilə matçda "Qarabağ"ın futbolçuları arasında mübahisə düşdü - VİDEO

11:55 - 27 Noyabr 2025

Çempionlar Liqasının 5-ci turunun "Napoli" ilə görüşündə "Qarabağ"ın futbolçuları arasında mübahisə düşüb.

Sportal.az xəbər verir ki, bu hadisə "Napoli"nin penalti qazandığı epizod zamanı yaranıb.

Marko Yankoviçlə Mateus Silva arasında yaranan mübahisəni komanda yoldaşları böyüməyə imkan verməyib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xəbər xətti