İtaliyanın “Milan” klubunun baş məşqçisi Maksimiliano Alleqri qapıçı Mayk Menyanla klub arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar barədə fikrini bildirib.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis fransalı qolkiperin dünyanın ən yaxşılarından olduğunu deyib:
"Mayk həmişə dünyanın ən yaxşı qapıçılarından biri olub. Onun oyununa görə təəccüblənmirəm. Müqaviləsinə gəldikdə isə klub bunun üzərində işləyir. Onlar bu komandaya sabit gələcək təmin etmək üçün çalışırlar. Mən Menyanla meydanda baş verənlər barədə danışıram və məmnunam. Çünki o, sakitdir və öz keyfiyyətlərini təsdiqləməyə davam edir".
Qeyd edək ki, Mayk Menyan bu mövsüm “Milan”ın heyətində 13 oyun keçirib. 30 yaşlı "əlcək sahibi" bu matçlarda 9 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi
