"Borussiya"nın futbolçusu yalnız 7 top-klubda oynamağa razıdır - 50 milyon avroya

00:11 - 29 Noyabr 2025

Seyru Giras­si yalnız dünyanın ən məşhur klublarında oynamağa razıdır.

Sportal.az "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, 2026-cı ilin yayında 7 top-klub “Borussiya”nın hücumçusunu endirimli almaq hüququna malik olacaq. Bu dövrdə onu yalnız 50 milyon avroya almaq mümkün olacaq – və yalnız “Real”, “Barselona”, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Liverpul” və “Çelsi” klubları üçün.

Dortmund klubunun ən yaxşı bombardiri hazırda Səudiyyə Ərəbistanı liqasına keçidi düşünmür və hələ 2025-ci ilin yayında “Əl-Hilal”ın illik 20 milyon avroluq təklifini rədd etmişdi.

Bu mövsümdə Giras­si Bundesliqada 10 turda 5 qol vurub.

Xəbər xətti