Ramos DÇ-2026-da oynamaq istəyir - yayda Avropaya qayıdır

00:46 - 29 Noyabr 2025

Serxio Ramos “Monterrey”dən müqaviləsi bitdikdən sonra ayrılmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, müdafiəçi Meksika klubundan ayrılsa da, karyerasını bitirməyi düşünmür. O, ya İspaniyada, ya da başqa bir Avropa ölkəsinin klubunda oynamaq istəyir. Ramosun qərarına iki əsas amil təsir edib: birincisi, ailəsi Pireney yarımadasında Meksikadan daha rahat həyat sürür, ikincisi isə Dünya Çempionatında milli komandada oynamaq arzusudur.

39 yaşlı futbolçu hesab edir ki, yüksək səviyyədə və İspaniya futboluna yaxın üslubda çempionatda müntəzəm oynadığı halda, Avropa çempionlarının baş məşqçisi Luis de la Fuenteni öz namizədliyini nəzərdən keçirməyə inandıra bilər.

Qeyd edək ki, Ramos son dəfə İspaniya millisində 2021-ci ildə çıxış edib.

Xəbər xətti