İspaniya millisinin yarımmüdafiəçisi 1 ay oynamayacaq

18:56 - 7 Fevral 2026

"Atletiko"nun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid nəhənginin yarımmüdafiəçisi Pablo Barrios sıradan çıxıb.

İspaniyalı futbolçu Kral Kubokunun 1/4 final mərhələsinin "Betis"lə matçında zədələnib. 22 yaşlı oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Pablo Barrios "Atletiko"nun yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti