"Artıq ölkə dəyişmək istəmirəm, stabil bir yerdə oynamağı düşünürəm" - Asiya klubunda çempionluq yaşayan azərbaycanlı

13:21 - 8 Fevral 2026

Maldiv adalarının "Maziya"nın heyətində çempionluq yaşayan Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib.

O, Asiya klubunda qazandığı uğurları bu cür şərh edib:

"Maldiv adalarında çempionluq məni xoşbəxt edir. Hər halda, ölkə xaricində çempionluq adamı daha çox sevindirir. Bura gələn kimi oynamağa başladım. Çünki çempionat davam edirdi. Rəqiblər yeni-yeni elə də çətin deyildi. Lakin sonradan 2-3-cü yerlərdə qərarlaşan klublara qarşı oynamağa başladıq və onların daha yaxşı komandaları var idi. Ona görə də elə də asan deyildi. Hər halda, sonda çempionluğu qazandıq və buna görə şadıq. İlk beşlikdə qərarlaşan komandalar peşəkardır. Çünki hamısı liqada qalib olaraq Konfrans Liqasına düşmək istəyir. Bunun üçün də heyəti gücləndirirlər, çempionluq üçün oynayırlar. Maldiv adalarında maaşlara gəldikdə, Azərbaycan I Liqasının hamısından üstündürlər. Amma Premyer Liqadan aşağıdır maaşlar burada".
 
Məmmədzadə "Maziya"da qalıb-qalmayacağına bu cür açıqlama gətirib: "Hələ ki, "Maziya" ilə müqaviləm var idi, gələcəkdə necə olacaq deyə bilmərəm. Amma burada qalmaq da olar. Hər halda, stabil olaraq bir yerdə oynamağı düşünürəm. Artıq ölkə dəyişmək istəmirəm. Gələcəkdə necə olacaq görəcəyik".

Mirbağırağa
 

Xəbər xətti