"Mançester Siti"dən "Bavariya"ya doğru

13:48 - 13 Fevral 2026

"Mançester Siti"nin müdafiəçisi Con Stounz karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu "Bavariya"nın transfer siyahısındadır.

Münhen təmsilçisi ingilis futbolçunun meneceri ilə danışıqlara start verib.

Transferin mövsümün sonunda reallaşacağı gözlənilir.

Onun “şəhərlilər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Stounz 2016-cı ildə “Everton”dan “Mançester Siti”yə keçib. 

Xəbər xətti