"Brentford"un müdafiəçisi Maykl Kayode ölkəsinə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Kayodeni yayda heyətinə qatmağa çalışacaq. İngiltərə klubu 21 yaşlı sağ cinah müdafiəçisi üçün 30 milyon avro tələb edir.
Qeyd eədk ki, Maykl Kayode "Yuventus"un yetirməsidir. İtaliya U-21 millisinin üzvü 2025-cü ilin yanvarında "Fiorentina"dan "Brentford"a keçib. Gənc futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
