"Borussiya" 2 futbolçu ilə yollarını ayıracaq

15:59 - 13 Mart 2026

Mövsümün sonunda iki futbolçu "Borussiya"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, bunlar müdafiəçi Niklas Süle ilə yarımmüdafiəçi Salih Özcandır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Dortmund təmsilçisi iki oyunçunun da yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq. Onlar mövsüm bitdikdən sonra azad agent statusu ilə klubu tərk edəcəklər.

Qeyd edək ki, Niklas Süle və Salih Özcan 2022-ci ilin yayından "Borussiya"da çıxış edirlər.

Xəbər xətti