Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov hazırda azad agent statusu daşıyır.
Yığma komandamızın tərkibində təlim-məşq toplanışında olan Dadaşovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki bəlli deyil.
Sportal.az saytına verilən məlumata görə, Renatın xidmətində maraqlı olan klublardan biri "Anortosis"dir.
Əldə etdiyimiz məlumata görə, Famaqusta təmsilçisinin rəsmiləri Dadaşovu canlı izləmək üçün Macarıstana yollanacaq.
Belə ki, onlar millimizin San-Marino və Maltaya qarşı yoxlama görüşünü izləməyi planlaşdırır.
