Kamal Quliyev yenidən futbola qayıdır

14:14 - 2 İyun 2026

"Yaxşı, sadiq dostların sayəsində yenidən futbola qayıdıram".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev deyib.

Veteran oyunçu uşaq futbol məktəbində işə başlaması ilə bağlı fikirlərini bölüşüb:

"Yenidən futbola dönmək xoşdur. Uşaqların əhatəsində olmaq, yeni ab-havada təcrübə və biliklərimi bölüşmək, Azərbaycanlı istedadlı uşaqların üzə çıxmağı üçün əlimdən gələni edəcəyəm. Rəhbər və ya işçi kimi yox, böyükləri olaraq həmin uşaqların potensialını düzgün dəyərləndirib və yaxşı istiqamət verməyə çalışacağam. "Polad 2024"ün prezidenti Elvin Xasiyevə dərin təşəkkürümü bildirirəm. Əsas məqsəd klubun adına uyğun, polad kimi möhkəm, əyilməz savaşçıya çevrilməkdir. Məşqçi yoldaşlarım Vüsal və İlham qardaşlarıma da təşəkkür edirəm".

Quliyev ona göstərilən etimadı qısa zamanda doğrultmağa çalışacağını deyib:

"Öz təcrübəmi hər yaş qrupundakı uşaqlarla bölüşəcəyəm. Hər yolda onlara yardımçı olacağacam. Uzun sürən xəstəlikdən sonra yenidən öz sevdiyim peşəyə qovuşmaq xoşdur. İşimi sevə-sevə, böyük ruh yüksəkliyi ilə yerinə yetirəcəyəm".

"Əsas dəstək bir qədər əvvəl adlarını qeyd etdiyim insanlardan gəldi. Mənim yenidən futbola qayıtmağım və uzun müddət ərzində nail ola bilmədiyim məqsədlərə çatmağım üçün həmin şəxslər böyük dəstək göstərdilər. Mən də bu yolda məni sevən, futboluma hörmət edən, futbol cameəsində çiyin-çiyinə mübarizə apardığım yaxın silahdaşlarıma güvənirəm. Daha sonra arxamızda olan federasiya rəsmilərindən, eləcə də qüdrətli və qalib Azərbaycan xalqının qeyrətli oğullarından dəstək gözləyirəm. Futbolun inkişafı naminə səmimi şəkildə çalışan, Azərbaycan futbolunun tərəqqisini istəyən hər bir vətəndaşın dəstəyi bizim üçün dəyərlidir".

Xəbər xətti