Andreas İnyesta baş məşqçi təyin olundu

20:58 - 1 İyun 2026

"Barselona"nın sabiq futbolçusu Andreas İnyesta baş məşqçi kimi fəaliyyət göstərəcək.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərində çalışacaq.

İnyesta "Qalf Yunayted"i çalışdıracaq. Bu barədə klubun mətbuuat xidməti məlumat yayıb. A kateqoriyalı 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. "Qalf Yunayted" II Liqada mübarizə aparır.

Qeyd edək ki, Andreas İnyesta futbolçu karyerası ərzində "Barselona" ilə yanaşı, "Vissel Kobe" (Yaponiya) və "Emireyts"də (BƏƏ) çıxış edib.

Xəbər xətti