"Monako" "Barselona"dan icarəyə götürdüyü Ansu Fati ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Liqa 1 klubu ispaniyalı vingerin transfer hüquqlarına yiyələnib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Monako" Fati üçün 11 milyon avroluq satınalma bəndini işə salıb. "Barselona" 23 yaşlı futbolçunun növbəti satışından pay əldə edəcək.
Qeyd edək ki, Ansu Fati 2025-ci ilin yayından "Monako"da çıxış edir. İspaniya millisinin sabiq üzvü "qırmızı-ağlar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 12 qol vurub.
saytlarin hazirlanmasi
