PSJ tezliklə heyətinə ikinci rus futbolçunu əlavə edəcək.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qalibi olan klub “Lokomotiv”in və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəsmi təklif irəli sürüb.
Moskva klubu oyunçunun müqaviləsində satın alma bəndi kimi göstərilən 20 milyon avrodan çox gəlir əldə etmək istəyir.
Bu məbləğin 4 milyon avrosunun oyunçuya və onun nümayəndələrinə çatacağı gözlənilir. 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Lokomotiv”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Qeyd edək ki, PSJ 2024-cü ildə Matvey Safonovu "Krasnodar"dan transfer etmişdi.
