"Klub heç vaxt yırtıcı kreditlə gələn təsadüfi bir insanın əlinə keçməyəcək"

23:09 - 31 May 2026

Florentino Peres "Real"ın maliyyə sabitliyini təmin etmək məqsədilə klubun 5 faiz payını özəl investora satmaq niyyətində olduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, Peres öz açıqlamasında bunları bildirib:

“Bu 5 faiz klubun nə edəcəyinə qərar vermək hüququ verməyəcək. Deyək ki, bu daha çox imic məsələsidir, "Real" kimi bir brendlə əlaqələndirilmək məsələsidir. Əsas söz sahibi yenə də klubun 95 faizinə sahib olan sosyolar olacaq.

Klubun bütün maliyyə aktivlərinin onun üzvlərinə məxsus olacağına zəmanət vermədən ölməyəcəyəm. "Real" heç vaxt öz vəsaiti olmayan və klubu ələ keçirmək üçün yırtıcı kredit götürə biləcək təsadüfi bir insanın əlinə keçməyəcək. Seçkilərdə alternativ namizədlər isə müxtəlif maraq qruplarının birləşməsidir. Bunlar əvvəllər klub üzvü olmadan yığıncaqlara daxil olub səs verən insanlardır.

Bu seçkilərdən dərhal sonra növbədənkənar ümumi yığıncaq və referendum çağıracağam. Həmin referendumda klubun mülkiyyət modelinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq.”

Xəbər xətti