Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli oldu - 16 matçda 10 qol

22:48 - 31 May 2026

Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, Gürcüstan millisinin vingeri bu uğura PSJ-nin heyətində nail olub. Paris təmsilçisi Çempionlar Liqasını ardıcıl ikinci dəfə qazanıb.

Kvaratsxeliya cari mövsümdə turnirdə 16 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. O, ümumilikdə 124,17 km məsafə qət edib və maksimum 33,7 km/saat sürətə çatıb.

Xatırladaq ki, 2024/25 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu adına Ousman Dembele layiq görülmüşdü.

Xəbər xətti